Bakı-Sumqayıt yolunda hər il yük maşınları bu arakəsməyə ÇIRPILIR
Far.Az xəbər saytı

Bakı-Sumqayıt yolunda hər il yük maşınları bu arakəsməyə ÇIRPILIR


Bakı-Sumqayıt magistralının Xırdalandan keçən hissəsində, xüsusilə də "Riyad" Ticarət Mərkəzinin qarşısında baş verən yol qəzaları artıq adi hal alıb.

Far.Az-in məlumatına görə, yaxınlıqda yaşayan şəxslər artıq həmin ərazini "təhlükəli zolaq" adlandırırlar.

Buna səbəb isə adı çəkilən ərazidə tez-tez yük maşınlarının iştirakı ilə qəzaların baş verməsidir. Ötən gün həmin yolda yenidən ağır qəza baş verib. Yük maşını növbəti dəfə arakəsməyə çırpılaraq qəza törədib.

Yerli sakinlər bildirir ki, son bir il ərzində eyni nöqtədə dəfələrlə qəza baş verib. Oxşar hadisə 24 oktyabr 2024-cü ildə də qeydə alınıb və onun görüntüləri yayılıb.

Sürücülər hesab edir ki, bu hissədə həm işıqlandırma sistemi, həm də arakəsmə və nişanlanma yenilənməlidir. Əks halda, magistralın bu hissəsində oxşar hadisələrin təkrarlanması qaçılmaz olacaq.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hadisə ilə bağlı Far.Az-ə qeyd edib ki, Abşeronun öz trafikinə, yəni Bakı, Xırdalan, Sumqayıt üzrə gedən və şimal, cənub və yaxud şəhərə tranzit gələn fərqli istiqamətlərdən, amma Bakını görmədən gedən bir yolun inkişafına diqqət ayrılmalıdır:

"Bu, R-6 H.Z.Tağıyev-Sahlyoludur. Onu dörd zolağa uyğun təkmilləşdirmək gərəkdir və Bakıya daxil olmadan H.Z.Tağıyev qəsəbəsindən yük maşınlarının hərəkət etməsini təmin etmək olar. Çünki Bakı, Xırdalan və Sumqayıt arasında da yetərincə böyük bir trafik var. Biz bir yola fərqli tranzit daşımaları yükləmişik və bunun yan fəsadı olur.

Birinci növbədə axınlar ayrılmalıdır. Müəyyən say avtomobil, xüsusən də yük avtomobilləri o yola keçməlidir. Hətta düşünürəm ki, o yolu inkişaf etdirdikcə ümumi olaraq bu yoldan yük maşınlarının həmin o kənar yolla ötürülməsi daha vacibdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Bakı-Sumqayıt istiqamətində yaşayış məntəqələri düz yolun kənarındadır və bu, artıq həmin yolun yeni təhlükəsizlik məsələsini bir daha qabardır. Bu yolda daha çox sürəti azaldan həllərin tətbiqinə ehtiyac var. Alternativ digər yolları əlavə etməklə bu yolun sürət limiti də azaldılmalıdır və infrastrukturda təkmilləşdirmə işləri aparılmalıdır ki, qəzaların önünü kəsmək mümkün olsun".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər