Mikayıl Cabbarov: "2029-cu ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi ÜDM-yə müsbət təsir göstərəcək"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "2029-cu ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi ÜDM-yə müsbət təsir göstərəcək"


Azərbaycanda 2026-cı ildə neft hasilatının 27,6 milyon ton, əmtəəlik qaz hasilatının isə 38 milyard kubmetr olacağı proqnozlaşdırılır.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, iqtisadi artıma təsir edən əsas amillərdən biri neft-qaz hasilatıdır:

"2029-cu ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi nəticəsində həm neft, həm də qaz hasilatında artım gözlənilir ki, bu da həmin ildə sektor üzrə ÜDM-yə müsbət təsir göstərəcək. Ümumilikdə isə neft-qaz sektoru üzrə ÜDM-də 2026-cı ildə 2,4 %, 2026–2029-cu illərdə isə orta hesabla 0,6 % azalma proqnozlaşdırılır".

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən "Abşeron" yatağı "JOCAP - Absheron Petroleum" birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" ilə "Abşeron" yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. "TotalEnergies" və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər