Gürcüstanda əməliyyat: Xüsusi təyinatlılara atəş açan azərbaycanlı zərərsizləşdirildi
Far.Az xəbər saytı

Gürcüstanda əməliyyat: Xüsusi təyinatlılara atəş açan azərbaycanlı zərərsizləşdirildi


Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində kriminal aləmlə əlaqəli 34 nəfər saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumatı yayıb.

Qeyd olunur ki, cinayətkar qruplaşmaya qarşı əməliyyat zamanı azərbaycanlı, 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlılara atəş açıb. Nəticədə xüsusi təyinatlılardan biri sinə nahiyəsindən ağır yaralanıb, Mirzə Əliyev isə cavab atəşi ilə öldürülüb.

"Görülmüş tədbirlər nəticəsində beş cinayət işi üzrə 34 nəfər "cinayətkar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək"də ittiham olunaraq həbs edilib. Yeddi nəfərə, o cümlədən penitensiar müəssisədə olan iki nəfərə, xaricdə olan dörd nəfərə və bir kriminal avtoritetə qiyabi ittiham irəli sürülüb", - deyə DİN rəhbərinin müavini Aleksandr Daraxvelidze bildirib.

Qeyd olunur ki, bu cinayətlər 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir kriminal avtoritetlərlə əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər.

Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən kompüter və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.

İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər