Bu gün Baba Pünhanın doğum günüdür
Far.Az xəbər saytı

Bu gün Baba Pünhanın doğum günüdür


Bu gün mərhum satirik şair Baba Pünhanın doğum günüdür. Onun anadan olmasından 77 il ötür.

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub.

1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə başlayıb. 1963-cü ildə 8-ci sinfi bitirib Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirdikdən sonra Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində çap olunub.

1998-ci ildə "ANS" kanalının "Qulp" verlişinə dəvət olunub. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqın sevimlisinə çevrilib. 2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

Baba Pünhanın 2000-ci ilin noyabr ayında "Acı həqiqət", sentyabrda "Yalan çeynəyə-çeynəyə", 2002-ci ilin avqust ayında "Mən nə dedim ki", 2004-cü ildə "Kim nə götürdü" adlı kitabları işıq üzü görüb.

2004-cü il aprelin 17-si Baba Pünhan vəfat edib. Onu qəbri Kürdəxanı qəsəbəsindədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Məktəbin ilk günündən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər