Naxçıvandakı bu şəxslər 10 il vergidən azad olunur
Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilir.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olacaq.
"Gömrük tarifi haqqında" haqqında qanuna təklif edilən dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad ediləcək.
Oxşar xəbərlər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Naxçıvandakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













