Azərbaycan və Qırğızıstan təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və Qırğızıstan təhsil sahəsində əməkdaşlığı müzakirə edib


Qırğızıstanın təhsil naziri Doğdurkul Kəndirbayeva ilə Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsil sahəsində əməkdaşlığı müzakirə edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil Nazirliyinin mətbuat açıqlamasında bildirib.

"Tərəflər STEM-təhsilinin inkişafını, tədris prosesinin rəqəmsallaşdırılmasını, həmçinin ekoloji mədəniyyət təhsilinin rolunu və iqlim dəyişikliyinə dayanıqlılığının artırılmasını müzakirə ediblər", - mətbuat xidmətindən bildirilib.

D.Kəndirbayeva Qırğızıstanın təhsil sistemində aparılan əsas islahatlar, xüsusilə 12 illik təhsilə keçid, yeni dərsliklərin nəşri və s. barədə məlumat verib.

"Azərbaycan tərəfi təcrübə mübadiləsinin davam etdirilməsinə hazır olduğunu və Qırğızıstan STEM-komandasını birgə layihə və tədbirlərdə iştirak etməyə dəvət edib", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda təlim keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər