Özbəkistan SOCAR ilə Ustyurtda neft emalı zavodu tikə bilər
Özbəkistan, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış müqavilə çərçivəsində Ustyurt bölgəsinin investisiya bloklarında neft ehtiyatları aşkarlanacağı təqdirdə yeni neft emalı zavodunun (NEZ) tikintisini həyata keçirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə report-a eksklüziv müsahibəsində Özbəkistan energetika naziri Jurabek Mirzamahmudov bildirib.
"Mütəxəssislər, ilk növbədə isə SOCAR mütəxəssisləri, neftlə bağlı yaxşı göstəricilər proqnozlaşdırırlar. Proqnozlar təsdiqlənərsə, biz paralel olaraq neft emalı zavodunun (NEZ) tikintisi üzrə işlərə başlayacağıq", - nazir qeyd edib.
O, əlavə edib ki, SOCAR ilə 2025-ci ilin yayında Ustyurt bölgəsində geoloji kəşfiyyat və sonrakı hasilat ilə bağlı imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) həyata keçirilməsi üçün artıq operator yaradılıb.
"Bu, daha əvvəl əsasən qaz hasil edilən bölgədə ən perspektivli istiqamətlərdən biridir. SOCAR bütün mövcud materialları araşdırdıqdan sonra neft ehtiyatlarının kəşfiyyatına maraq göstərib. İmzalanmış HPBS çərçivəsində artıq operator yaradılıb. Hazırda operator müqavilə üzrə bütün zəruri danışıqlara başlayıb", - nazir bildirib.
O qeyd edib ki, layihə çərçivəsində seysmik işlərə cari ilin sonuna qədər başlamaq planlaşdırılır:
"Qarşımızda iddialı bir vəzifə dayanır - işlərin başlanmasını sürətləndirmək. Artıq cari ilin sonuna qədər 3 000 paqon kilometrdən çox həcmdə seysmik kəşfiyyat işlərinin həyata keçirilməsinə başlamaq nəzərdə tutulur. Bu işlərin nəticələrinə əsasən ilk quyunu qazmağı planlaşdırırıq".
J.Mirzamahmudov əlavə edib ki, HPBS çərçivəsində ilk üç il üçün seysmik kəşfiyyat, qazma və ilkin nəticələrin əldə edilməsi planlaşdırılıb: "İlk hasilatı əldə etmək üçün lazımi infrastrukturun tikintisi nəzərə alınmaqla üç ildən beş ilə qədər vaxt tələb olunacaq".
"Bu sahələrdə birbaşa qazma işləri aparılmayıb, lakin qonşu ərazilərdə həyata keçirilib. SOCAR bizim təqdim etdiyimiz tarixi məlumatları öyrəndikdən sonra layihədə iştirak etmək qərarına gəlib. Texnologiyalar əhəmiyyətli dərəcədə irəliləyib. Əgər ötən əsrin 70-ci illərdə Ustyurt regionunda böyük kəşflər gözlənilmirdisə, indi müasir interpretasiya metodları yüksək potensial göstərib. Bu, digər analitik şirkətlərin də tədqiqat nəticələri ilə təsdiqlənir", - o vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir













