Kamçatkada seysmik aktivlik yenidən ekstremal səviyyəyə qalxıb
Far.Az xəbər saytı

Kamçatkada seysmik aktivlik yenidən ekstremal səviyyəyə qalxıb


Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən güclü zəlzələdən sonra yeraltı təkanların (afterşokların) fəaliyyəti hələ də davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Son bir həftə ərzində bölgədəki seysmik aktivlik səviyyəsi "yüksək"dən "ekstremal dərəcədə yüksək" səviyyəyə qalxıb.

Xidmətin məlumatına görə, əsas zəlzələ bir sıra afterşoklarla müşayiət olunur, lakin onların intensivliyi tədricən azalır. Həftə ərzində mütəxəssislər 30-a yaxın hiss olunan yeraltı təkan qeydə alıblar, onlardan 19-u Petropavlovsk-Kamçatski şəhərində baş verib. Ən güclü seysmik hadisə 31 oktyabrda qeydə alınıb və 5 bala qədər gücə çatıb.

Geofizika Xidməti əlavə edib ki, Kamçatka subduksiya zonasındakı seysmik aktivlik səviyyəsi yenidən ekstremal göstəricilərə yüksəlib.

Xatırladaq ki, 30 iyulda Kamçatka son 73 ilin ən güclü zəlzələsini yaşayıb - zəlzələnin maqnitudası 8,7 olub. Nəticədə yarımada təxminən iki metr cənub-şərq istiqamətinə sürüşüb. Bu yerdəyişmə 2011-ci ildə Yaponiyanın Toxoku bölgəsində baş verən zəlzələ zamanı müşahidə olunan dəyişikliklə müqayisə olunur.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər