Azərbaycanla Pakistanın hərbi dəniz qüvvələri arasında fikir mübadiləsi aparılıb
Far.Az xəbər saytı

Azərbaycanla Pakistanın hərbi dəniz qüvvələri arasında fikir mübadiləsi aparılıb


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə "PIMEC - 2025" 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

Far.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, Səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər