Paşinyan Qarabağ danışıqları üzrə bütün sənədləri ilin sonunadək dərc etməyə söz verib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixi ilə əlaqədar bütün əsas sənədləri 2025-ci ilin sonunadək dərc etməyi vəd edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, o, bunu sabiq prezident Serj Sarqsyanın ittihamlarına cavab olaraq bildirib.
"Serj Sarqsyan yenidən danışıqlar sənədlərindən söhbət açıb. Narahat olma (Serj Sarqsyan - red.), mən artıq danışıqların tarixçəsi ilə bağlı bütün əsas sənədləri toplamışam (2019-cu il də daxil olmaqla), indi onların surətini çıxarırıq və aralarına bir neçə rəsmi sənəd də əlavə edərək ilin sonunadək hamısını dərc edəcəyəm, ", - Paşinyan sosial şəbəkələrdə yazıb.
Onun fikrincə, əgər bu vaxtadək Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısaydı, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən qaçmaq olardı:
"İlk addım kimi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımalı idik, başqa variant yox idi. Əgər biz düşünürüksə ki, 2018-19-cu illərdə bunu edə bilərdik, bəli, mən bunu etməməklə səhv etmişəm".
Bundan başqa, Paşinyan vurğulayıb ki, Serj Sarqsyanın simasında keçmiş Ermənistan hakimiyyətinin qoyub getdiyi HHM sistemi "metal qırıntısı" idi, müttəfiqlər isə onu yeniləməklə bağlı xahişlərə "üç barmaqdan ibarət kombinasiya göstərirdilər".
"Qeyri-müttəfiqlərə gəlincə, onlar da bu kombinasiyanı göstərərək iki məqama istinad edirdilər: Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindədir; təqdim edilən vasitələr Ermənistanın suveren ərazisi olmayan ərazilərdə yerləşdirilə bilərdi", - Baş nazir vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur













