Qərbi Azərbaycan Xronikası: Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Qərbi Azərbaycanın silah məktəbi, İrəvanın silah mədəniyyəti, Sərdar sarayının itirilən xəzinəsi və s. məsələlərdən danışıb.
O, Mirzə Qədim İrəvaninin panolarında sərkərdə obrazlarının sirri, Gürcüstan Milli Muzeyində saxlanılan Azərbaycan silahları, İrəvan ustalarının dəbilqə, qalxan, qılınc sənəti, Mir Möhsün Nəvvabın silah kolleksiyası və İrəvani ilə gizli paralellər, XIX əsr foto yaddaşı, Dmitriy Yermakovun Sərdar sarayı kadrları, İrəvan panolarında sərkərdələrin tarixi ilə bağlı maraqlı faktlar açıqlayıb.
S.Əhmədov etiuni izləri, Assuriya və Urartuya qarşı savaşın arxeoloji sübutları, tunc dövründə döyüş səhnələri, qədim texnologiyanın kodu, süvarilik mədəniyyəti, Zəngəzur, Qarabağ, Şirvan, Mil-Muğanda eyni mədəniyyətin izləri, kurqan və katakomba qəbirlərində tapılan, eləcə də İrəvan ustalarının hazırladığı silahlardan söz açıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı - Qərbi Azərbaycan Xronikası
Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi
Qərbi Azərbaycan Xronikası: "Silah tarixində Azərbaycan imzası"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













