Şəkidə ağır qəza - 22 yaşlı sürücü xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes E220" markalı minik avtomobili ilə "Chevrolet Cruize" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2003-cü il təvəllüdlü Abdulrəhimov Sevindir Yamən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Qubada yol qəzasında ölən bacıların kimliyi məlum olub
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
-
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
-
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb













