Cahangir Əsgərovun bankının sədri işdən çıxdı
"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov işdən çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.
Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir. O, bu ilin yanvar ayına qədər "Premium Bank"ın sədri, K.Lətifov isə sədr müavini olub. Yanvarda onların yerləri dəyişdirilib.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. Bankın səhmdarları 84.46% payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15.22% payla "VIP Aviation Services" MMC və 0.32% payla Elvira Əhmədovadır.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













