Leysan olacaq, hava 2 dərəcəyədək enəcək - HAVA PROQNOZU
Bakıda noyabrın 15-də havanın çiskinli olacağı, rayonlarda leysan olacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
2026-cı ildə Ukraynanı nə gözləyir?













