Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.
"Far.Az" xəbər verir ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.
O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərində işləyib. "Səhər" qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, "Belə-belə işlər", "Kriminal" qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.
H.Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Bu televiziyaya peyk yayımı lisenziyası verildi
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
Varis: Bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













