Azərbaycan Gürcüstandan avtomobil idxalını 33 %-dən çox azaldıb
Far.Az xəbər saytı

Azərbaycan Gürcüstandan avtomobil idxalını 33 %-dən çox azaldıb


Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 128,5 milyon ABŞ dolları dəyərində 3 min 803 ədəd avtomobil ixrac edib.

"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 33,4 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 348 milyon ABŞ dolları dəyərində 56 min 432 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 22 % və 20,5 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 551,2 milyon ABŞ dolları dəyərində 14 min 700 ədəd, Qazaxıstana 298 milyon ABŞ dolları dəyərində 19 min 289 ədəd, İrana 129 milyon ABŞ dolları dəyərində 7 min 360 ədəd, Tacikistana 71,5 milyon ABŞ dolları dəyərində 4 min 22 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər