Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunlarına dair bildirib.
"Şərtlərimiz bəllidir. Hörmüz boğazının açılması üçün irəliyə doğru hər hansı bir hərəkət bu şərtlərin yerinə yetirilməsindən asılıdır və biz onlardan geri çəkilməyəcəyik", - İranın XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, İranın şərtlərinə ilk reaksiya ABŞ Prezidenti Donald Trampdan gəlib.
"Lakin hələ vasitəçilərdən bizə heç nə çatdırılmayıb", - Əraqçi qabardıb.
Xatırladaq ki, Tramp İran tərəfinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb













