"Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi
Bakı heyranedici yarışlar, təhlükəsizlik sahəsində yüksəksəviyyəli tədbirlər və rekord investisiyalarla ilin ən dolğun həftələrindən birini başa vurub.
BAKU.WS xəbər verir ki, bu barədə "Euronews" telekanalının hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, paytaxt Bakıda bir sıra irimiqyaslı beynəlxalq tədbirlər keçirilib. Bunların arasında 100-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi və yeni nəsil təhdidlərin müzakirə olunduğu Bakı Təhlükəsizlik Forumu, eləcə də şəhəri bu ilin dünya avtoidmanının ən böyük hadisəsinin mərkəzinə çevirən "Formula-1" üzrə Azərbaycan Qran-prisi yer alıb.
"Bu, ölkə təqvimindəki ən zəngin həftələrdən biridir və bir çox sahələr bundan əhəmiyyətli faydalar əldə edirlər.
Həftə beynəlxalq maliyyə və investisiya məsələlərinə keçidlə başa çatıb. Sentyabrın 25-də Bakı Konqres Mərkəzində ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF) açılışı olub. İkigünlük tədbir qlobal investisiya arxitekturasının yenidən dəyərləndirilməsinə və Cənubi Qafqazın regional qarşılıqlı əlaqələrin əsas mərkəzlərindən biri kimi rolunun möhkəmləndirilməsinə yönəlib", - reportajda deyilir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub













