Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb
Far.Az xəbər saytı

Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb


ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər anılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icması iştirak edib.

Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "BİZ" sənədli filmi nümayiş olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər