Arvadını xəyanətə görə döyən şəxs həbs edilib
Rusiyaya işləmək üçün gedən Şəki sakini Cabir Quliyev doqquz ay sonra geri qayıdıb və arvadı Zəminə Quliyevanı (ad-soyadlar şərtidir) döyərək ona xəsarətlər yetirib.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, buna səbəb Zəminənin Cabirə xəyanət etməsi olub.
Xəyanətin üstü isə Şəki Rayon Prokurorluğundan gələn zəng nəticəsində açılıb.
Belə ki, rayon prokurorluğundan ona zəng edilib və arvadının qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi, üçaylıq uşağın isə tələf olması barədə məlumat verilib.
Bundan sonra Cabir həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb və boşanmaq qərarına gəlib.
Cütlük boşanma ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət olunub. Orada Cabir boşanmağı xəyanətlə əlaqələndirib, arvadı isə bunu inkar etməyib. O, Rəsul adlı şəxslə münasibətdə olduğunu, buna görə hamilə qaldığını etiraf edib.
Bu etirafdan sonra Cabir əsəbiləşərək Zəminənin üzərinə hücum çəkib, ona yumruq zərbələri endirib. Bundan sonra qadın döyülməsi ilə bağlı polisə şikayət edib.
Şəki Rayon Məhkəməsinin hökmünə əsasən, Cabir Quliyev 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













