Xatirə İslamdan ittihamlara cavab - "Mən o adam deyiləm"
"Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söhbət sənətdən, səsdən gedəndə hər zaman xalq mənim arxamda dayanıb və buna görə də son nəfəsimə qədər onlara minnətdaram".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi onu yalan danışmaqda ittiham edən jurnalist, hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Afət Telmanqızına bu sözlərlə cavab verib:
"Mən 19 yaşımdan 35 yaşıma qədər dövlətin bütün xarici və daxili tədbirlərinə təmənnasız ürəyimi qoymuşam. Bundan sonrada lazım olsa, millətimə, dövlətimə canımı da verərəm. Mənim cənab Prezidentin qələbəsinə həsr etdiyim "Xankəndi" əsəri ölkədə bu qədər sevilidiyi halda niyə Qarabağda keçirilən mühüm tədbirlərdə, dövlət başçılarının olduğu konsertlərə dəvət almamışam? Həmin tədbirlərə başqalarını, məni isə özünüz üçün keçirdiyiniz bayram tədbirinə çağırmağı düşünürsüzsə, o adam deyiləm. Mən sənətimə, səsimə dəyər görsəydim, nəinki 31 Dekabr günü, hətta ilin 365 günü yanınızda olardım.
Qaldı ki, Mədəniyyət Nazirliyinə, mənim Mənzər xanımla heç bir şəxsi problemim olmasa da, indi dəvət olunduğum bir iki dövlət tədbirində yeni nazirimiz təyinat aldıqdan sonra dəvət almışam. Yeni nazirimizin ayağı yüngül oldu. 15 il fasilədən sonra nəhayət məni yenidən dəvət etməyə başladılar. Allah axırını xeyir eləsin".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













