Bakıda idman zalından oğurluq edən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Bakıda idman zalından oğurluq edən şəxs saxlanılıb


Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. Naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Far.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Lənkəranda sel suları həyətyanı sahələrə dolub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər