Maliyyə naziri: "Büdcə xərcləri üzrə dayanıqlı mənbələrin payı artır"
Azərbaycanın dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşımızda duran əsas hədəflərdən biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsi¬rinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur. Növbəti il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddi 19 % proqnozlaşdırılır ki, bu da cari ilə nəzərən 3,4 faiz bəndi az olmaqla, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ildə bu nisbətin 13 %-ə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin mövcud 30 % səviyyəsində saxlanılması nəzərdə tutulur. Qeyd olunan hədəflər uzunmüddətli fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədlərinə xidmət etməklə, ölkəmizin qarşısında duran inkişaf gündəliyinin icrası üçün əlverişli platforma yaradacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanda büdcə qaydası dəyişib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













