Növbəti köç karvanı Sos kəndinə çatıb, açarlar təqdim edilib
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Sos kəndinə köçürülən ailələrin sayı 39-a (158 nəfər) çatıb.
Qalereya
***14:59
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə (80 nəfər) köçürülüb.
***14:12
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 21 ailə olmaqla 89 nəfər və Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













