Politico: Payız və qış aylarında etiraz dalğası bütün Avropaya yayıla bilər
Fransada başlayan və daha sonra İtaliyaya yayılan sosial etirazlar qitə miqyasında yayılıb; payız və qış aylarında Avropa Birliyi ölkələrində genişmiqyaslı iğtişaşlar dalğası gözlənilir.
"Far.Az"un məlumatına görə, bu barədə Politico nəşri yazıb.
"Bir sıra ölkələrdə gənclərin narazılığı yaşayış xərclərinin və yanacağın qiymətinin artması ilə bağlı getdikcə güclənən narahatlıqla üst-üstə düşür", – deyə nəşrdə bildirilib.
Politico qeyd edir ki, diqqət mərkəzində İtaliya dayanır. Ölkənin cənubunda yanacağın yüksək qiymətlərinə etiraz edən yük maşını sürücülərinin aksiyaları genişlənir. Nəşr bunu İtaliyanın Baş naziri Corcia Meloni hökuməti üçün "ciddi böhran" adlandırıb.
"Supermarketlərin rəfləri boşalır, yanacaqdoldurma məntəqələrində benzin tükənir, hava limanlarına yanacaq tədarükü isə dayanıb. Meloni yolların bağlanmasına son qoyulacağına və dizel yanacağının bahalaşması ilə mübarizə aparmaq üçün yardım tədbirləri paketinin təqdim ediləcəyinə söz verib", – deyə Politico yazıb.
Nəşrin məlumatına görə, oktyabrın 24-də artıq səkkiz şəhərdə yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir













