İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir
Far.Az xəbər saytı

İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir


Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəvanə Mehdiyeva dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini bildirir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Rəvanə Mehdiyeva 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayevin bir il əvvəl vəfat etdiyini, lakin bu günə qədər onun rəsmi ölüm şəhadətnaməsini əldə edə bilmədiyini deyir. Kirayədə yaşayan ailənin hər hansı sosial təminatı yoxdur və iki azyaşlı uşağın bütün məsuliyyəti gənc ananın üzərinə düşüb.

Sənədin olmaması ailənin durumunu daha da ağırlaşdırıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqların ehtiyaclarını qarşılamağa çalışır.

Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciət araşdırılacaq.

Ədliyyə Nazirliyindən də qeyd olunub ki, vətəndaşın şikayəti araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər