Göygöldə cip aşdı, 2 nəfər öldü
Far.Az xəbər saytı

Göygöldə cip aşdı, 2 nəfər öldü


Göygöldə ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Far.Az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən 7-ci kilometrliyində qeydə alınıb.

35 yaşlı Şəmkir rayon sakini Abidi Əhliman Ramiz oğlunun "Mercedes Benz GL 550" markalı avtomobili idarəetmədən çıxaraq, yol kənarında olan çökəklik əraziyə aşıb. Nəticədə sürücü və sərnişini olan 18 yaşlı Vəlizadə Hikmət Zahid oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb.

*** 06:48 20.11.2025

Göygöldə baş verən ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.

Far.Az APA-ya istinadən xəbər verir ki, həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.

Qəza Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı maşın aşıb.

İlkin məlumata görə, iki nəfər hadisə yerində ölüb, xəsarət alanların da olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər