Bakıda taksi sürücüsü sifarişi ləğv edib, sərnişini döydü
Far.Az xəbər saytı

Bakıda taksi sürücüsü sifarişi ləğv edib, sərnişini döydü


Bakıda taksi sürücüsü sərnişini döyüb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Nizami rayonu "Neftçilər" metro stansiyası yaxınlığında baş verib.

Paytaxt sakini olan bir nəfər "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib.

Sifarişi 26 yaşlı Ümid Məmmədov (ad və soyad şərtidir) qəbul edib. Lakin avtomobildə nasazlıq yarandığını görərək, sifarişi ləğv edib. Buna görə də sərnişin Ümidi söyərək təhqir edib.

Təhqirlərdən hiddətlənən gənc sürücü yumruq zərbələri ilə müştərinin sifət və başına zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Nəticədə Ümid Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə aralarında barışıq əldə olunduğunu və qarşı tərəfin ondan şikayətçi olmadığını deyərək, cinayət işinə xitam verilməsini istəyib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Ümid Məmmədov məsuliyyətdən azad olunub.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər