Arif Buzovnalı vəfat edib
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
Far.Az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib. Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində keçirilib. Şair Buzovna qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979-89-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər - 1994-cü il 1 mayadək - Əzizbəyov adına könüllülər batalyonunda döyüşüb. 1987-ci ildə "Pioner" jurnalına göndərdiyi "Vahidə bənzətmə" şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə "Azərbaycan Gəncləri" qəzetində işıq üzü görüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













