Qızıl alveri adı ilə 62 min manatlıq dələduzluq edən qadına 6 il həbs cəzası verildi
Far.Az xəbər saytı

Qızıl alveri adı ilə 62 min manatlıq dələduzluq edən qadına 6 il həbs cəzası verildi


Qızıl alveri adı ilə dələduzluqda təqsirləndirilən Balaxanım Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Atakişiyeva 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, B.Atakişiyeva Bakı və Sumqayıt şəhərlərində qızıl alveri ilə məşğul olub. O, "Moskva" Univermağında işləyən Minarə İbayeva ilə alver etməyə başlayıb.

B.Atakişiyeva vaxtaşırı Minarədən topdansatış qiymətinə qızıl-zinət əşyaları alaraq satıb, pulunu verib. Minarənin etibarını qazanan B.Atakişiyeva bir müddətdən sonra ondan yüksək məbləğə qızıllar götürüb satıb, sonra pulunu verib.

Sonuncu dəfə o, Minarədən, onun oğlu və kürəkənindən ümumilikdə 62 min manatlıq qızıl-zinət əşyaları götürsə də, həmin qızılların pulunu qaytarmayıb. O, bir müddət Minarəni arxayın edib ki, həmin pulun əvəzinə ona "Toyota Prado" markalı avtomobil verəcək. Lakin o, həmin avtomobili Minarəyə verməyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində B.Atakişiyeva saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Luvr muzeyindəki oğurluğa görə daha 5 nəfər saxlanıldı - Qızıllar isə ortada yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər