Ramiz Mehdiyev vəkilindən imtina etdi
Far.Az xəbər saytı

Ramiz Mehdiyev vəkilindən imtina etdi


İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu qərarı şəxsi istəyi ilə verib.

Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.

Məsələ ilə bağlı Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.

Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyi məktub üzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraq geri çəkib.

Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər