Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığı əməkdaşlığın enerji sektorundan kənara çıxarılmasını və Azərbaycan investisiyalarının İtaliyanın istehsal sektoruna cəlb edilməsini nəzərdə tutur.
O qeyd edib ki, tərəflər süni intellekt və robototexnika da daxil olmaqla, innovativ sahələrdə texnoloji və sənaye tərəfdaşlığını inkişaf etdirmək niyyətindədirlər: "İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") dəstəyi ilə İtaliyanın Müəssisələr və İstehsal Nazirliyi (MIMIT) və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi İtaliya-Azərbaycan forumunda bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalanıb. "Confindustria"nın prezidenti Emanuele Orsini və nazir Antonio Tayaninin iştirakı ilə imzalanan sənəd məhz bu məqsədə xidmət edir".
O əlavə edib ki, söhbət tədarükün şaxələndirilməsi və istehsal zəncirinin bütün mərhələlərində investisiyaların təşviqi məqsədilə Azərbaycanın resursları ilə İtaliyanın səriştələrinin birləşdirilməsindən gedir. Bu prosesdə "Made in Italy" Milli Fondunun mümkün dəstəyi də nəzərdə tutulur.
"Azərbaycan, həmçinin İtaliyanın Porto-Margerada yaratmağı təklif etdiyi kritik əhəmiyyətli xammal üzrə strateji anbar layihəsinin həyata keçirilməsində mühüm tərəfdaş ola bilər. Bu, tədarükdə yaranan fasilələrdən İtaliya və Avropa sənayesini qorumaq, eləcə də strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyan Avropada bu növ ilk pilot obyekt ola bilər", - nazir əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür













