ABŞ Maduronu rəsmi şəkildə terrorçu elan etdi
ABŞ Venesuela Prezidenti Nikolas Maduronu "Cartel de los Soles" adlı narkotik qaçaqmalçılığı şəbəkəsinin rəhbəri kimi tanıyaraq onu rəsmi şəkildə terror təşkilatı lideri elan edib. İttihamlar 24 noyabr 2025-ci il tarixindən qüvvəyə minib.
Far.Az xəbər verir ki, məlumata görə, ABŞ Dövlət Departamenti Maduro haqqında məlumat verən şəxslərə 50 milyon dollar mükafat təyin edib. Bu məbləğ ABŞ tarixində bir nəfər üçün müəyyən olunmuş ən yüksək pul mükafatı hesab olunur.
CNN Türkün müxbiri Yunus Paksoyun bildirdiyinə görə, ABŞ rəsmiləri Maduronun "Günəşlər Karteli" kimi tanınan narkotik şəbəkəsinə rəhbərlik etdiyini iddia edir. Bu barədə məlumat ABŞ-nin rəsmi qəzetində dərc olunub və Dövlət Departamentinin saytına yerləşdirilib. Bununla da Maduro ABŞ qanunvericiliyinə əsasən "qlobal terrorçu" statusu alıb.
Eyni zamanda ABŞ mediası bölgədə gərginliyin artdığını və Venesuelaya qarşı mümkün hərbi əməliyyatın "artıq an məsələsi" olduğunu yazır.
Vaşinqtonun qərarı ilə Maduronun tutulmasına və ya məhkəməyə çıxarılmasına səbəb olacaq istənilən informasiya üçün 50 milyon dollarlıq mükafat nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ indiyədək heç bir şəxs üçün bu qədər yüksək məbləğ təklif etməmişdi.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olunub
-
Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik edib
-
Eldəniz Vəliyev: "AFEN Plaza"dakı partlayışla bağlı "Azəriqaz"ın əməkdaşları boru xətlərini təftiş edirlər













