Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət edib
Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini COP29-a dəvət edib.
“Report” xəbər verir ki, bu barədə region hökumətinin
“9 sentyabr 2024-cü il, bazar ertəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb. Görüş zamanı səfir Məmmədov Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət göndərib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, görüşdə “ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb”.
“Baş nazir Bərzani genişlənmiş diplomatik və iqtisadi əlaqələrin qarşılıqlı faydalarını vurğulayaraq Azərbaycanla daha güclü tərəfdaşlığın təşviqinə sadiqliyini ifadə edib”, – mətbuat xidməti nəql edib.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real"ın kapitanı ciddi zədə alıb
-
Tramp: Bütün dünya ABŞ-a gülür
-
Azərbaycan millisi Avstraliya ilə qarşılaşacaq
-
Sabah 28 dərəcə isti olacaq
-
COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər - TƏHLİL
-
Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var