Paralimpiadadan sonra iki idmançı itkin düşüb
Far.Az xəbər saytı

Paralimpiadadan sonra iki idmançı itkin düşüb


Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.

Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan paracüdoçusu medal qazana bilməyib - YENİLƏNİB - 3
Paris-2024: Dürsədəf Kərimova yarışı medalsız başa vurub - YENİLƏNİB - 2
Ukraynalı atlet dopinqə görə cəzalandırılıb
Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2
Bakıda şəhidlərin adını daşıyan park niyə zibilliyə çevrilib? – RƏSMİ AÇIQLAMA/FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər