Bakı metrosunda enerjinin verilməsi tam bərpa olunub
"Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik",-deyə məlumatda qeyd olunub.
***07:52
"Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
***07:20
"Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanır.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.
"Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır. Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq", - QSC-dən bildirilib.
Oxşar xəbərlər
Bakı metrosunda daha 15 yeni vaqon xəttə buraxılıb
Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
"28 May" stansiyası yaxınlığında qazıntı işlərinə başlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













