Azərbaycanda vergilərlə bağlı sahibkarları SEVİNDİRƏCƏK XƏBƏR
Far.Az xəbər saytı

Azərbaycanda vergilərlə bağlı sahibkarları SEVİNDİRƏCƏK XƏBƏR


"Sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkəmizdə aparılan vergi siyasətinin başlıca priotetlərindəndir. Bu çərçivədə həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyi artırılır, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti ardıcıl şəkildə təkmilləşdirilir. İslahatlar çərçivəsində 2026-cı ildə vergi sistemində bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər hazırda Milli Məclisdə müzakirə mərhələsindədir".

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin idarə rəisi Elnur Yusifov nəzərdə tutulan yenilikləri Far.Az saytına şərh edərkən deyib.

İdarə rəisi qeyd edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır:

Azərbaycanda vergilərlə bağlı sahibkarları SEVİNDİRƏCƏK XƏBƏR

"Gələn ildən beynəlxalq təcrübədə istifadə olunan "üfüqi monitorinq" mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğv edilməsi təklif olunur. Bu model vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin daha açıq, operativ və əməkdaşlıq şəraitində qurulmasına imkan verəcək. İdarə rəisinin sözlərinə görə, yeni sistem çərçivəsində sənədlərin və məlumatların rəqəmsal platforma üzərindən qarşılıqlı mübadiləsi nəzərdə tutulur ki, bu da həm hesabatlığın, həm də nəzarətin effektivliyini artıracaq".

Bundan başqa, Elnur Yusifov bildirib ki, "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın "AYNA" informasiya sistemi vasitəsilə elektron qaydada verilməsi planlaşdırılır. Bu dəyişiklik prosedurları daha sürətli və şəffaf edəcək, xidmət keyfiyyətini yüksəldəcək və vergi ödəyicilərinin məmnunluğunu artıracaq.

Elnur Yusifov əlavə edib ki, bu yeniliklər şəffaflığın artırılmasına, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsinə və vergi administrasiyasının müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmasına töhfələr verəcək.

Orxan Hüseyn

Oxşar xəbərlər

Nicat İmanov: "Azərbaycanda reinvestisiyaları təşviq edən vergi siyasəti alətləri tətbiq ediləcək"
DVX istehlak xərcləri hesabına dolayı vergilərin payının artırılmasını hədəfləyir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və Bolqarıstan vergi sahəsində təcrübə mübadiləsini aparıb
İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər - DVX təcili tədbirlərin görülməsinə çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər