Qara dənizdə gəmilərə necə və niyə hücum edirlər?
Rusiya Federasiyasına məxsus və bitki yağı daşıyan "Midvolqa 2" tankerinə Qara dənizdə hücum edilib.
BAKU.WS xəbər verir ki, Sankt-Peterburqun Böyük Limanına qeydiyyatda olan və Rusiya bayrağı altında üzən gəmi Gürcüstana yollanırmış. Hadisə Türkiyə sahillərindən təxminən 80 mil (148 km) məsafədə baş verib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, tankerin göyərtəsində 13 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb və yardım istəməyib. Hücumdan sonra gəmi müstəqil şəkildə Sinop limanına doğru hərəkət edib.
Ötən həftə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında üzən və Rusiyaya yollanan iki neft tankeri – "Kairos" və "Virat" – hücuma məruz qalıb. Üstəlik, "Virat "gəmisi iki dəfə zərbə alıb. Rəsmi məlumatlarda qeyd olunurdu ki, hər iki gəmi xarici təsirə məruz qalıb.
Hücumlara görə məsuliyyəti Ukraynanın Təhlükəsizlik Xidməti və ölkənin Hərbi Dəniz Qüvvələri öz üzərinə götürüb. Gəmilər uzaq məsafə qət edə bilən pilotsuz dəniz aparatları – "Sea Baby" ilə vurulub. Hücumda ən azı beş belə aparat iştirak edib.
Oktyabr ayında Ukrayna "Sea Baby" qurğularının yeni versiyalarını təqdim edib. Modernləşdirilmiş aparatların uçuş məsafəsi və yükdaşıma qabiliyyəti artırılıb. Daha güclü mühərriklərlə təchiz edilmiş pilotusz katerlərin məsafəsi 1500 kilometrdən çox, yükqaldırma qabiliyyəti isə 2 tonadək artırılıb. Kiyev iki versiyanı nümayiş etdirib: pulemyot qurğusu olan model və "Qrad" yaylım atəşi sisteminə məxsus 10 buraxıcı qurğusu olan model. Bundan əlavə, pilotusz katerlər kəşfiyyat dronlarını da havaya qaldıra bilir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kontr-admiralı Cem Gürdeniz isə baş verənlərə görə Ankaranın Ukrayna Silahlı Qüvvələrinə cavab verməli olduğunu bildirib.
O qeyd edib ki, Türkiyənin taxıl daşımalarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylər fonunda Kiyev və onun müttəfiqlərinin "türk gəmilərini cəzalandırmaq" və Türkiyə şelfində təxribat xarakterli hücumlar təşkil etmək cəhdləri qəbuledilməzdir. Gürdenizin sözlərinə görə, Ankara belə insidentləri görməzdən gələ bilməz və öz maraqları və beynəlxalq hüquqa uyğun şəkildə cavab verməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə tankerlərə zərbələri qəbuledilməzdir və bu, ölkənin istisna-iqtisadi zonasındakı mülki gəmiçiliyinə qəsdən təhlükə yaratmaq deməkdir.
"Rusiya və Ukrayna arasındakı münaqişə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təhdid edir. Biz heç bir halda öz iqtisadi zonamızda gəmilərə edilən hücumları haqqlandıra bilmərik", - deyə Ərdoğan bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə əlavə edib ki, baş verən hadisə bölgədə gəmiçiliyin, insanların, əmlakın və ətraf mühitin təhlükəsizliyi üçün ciddi risklər yaradıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Qara dənizdə zərbə alan "Kairos" və "Virat" tankerləri ilə bağlı yeni məlumat açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













