Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir.
Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşayın deyə bu şansı qaçırmayın.
3 dekabr-15 yanvar tarixlərini əhatə edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.
Qeyd edək ki, kampaniya 12 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb













