Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyubov Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən Nəriman Axundzadənin U-21 yığmasına dəvət almasına münasibət bildirib.
33 yaşlı mütəxəssis bu barədə "Far.Az"a açıqlama verib.
R.Eyubov hücumçunun Superliqa təmsilçisində sabit çıxış də bilməməsi və millidə özünü göstərmək istəməsi haqqında da danışıb:
"İnsanlar başa düşməlidirlər ki, Nəriman çox ciddi liqada oynayır. Ora uyğunlaşmaq üçün isə ona vaxt lazımdır. O, xüsusi keyfiyyətləri və böyük istedadı olan oyunçudur. Şadam ki, hazırda bizimlədir. Düşünmürəm ki, Nəriman şəxsi ambisiyalarını komandadan üstün tutur. O, ilk növbədə buradadır ki, milli komandaya kömək etsin".
33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində sentyabrın 25-də evdə Çexiya, 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqə qarşı keçirəcəkləri matçlara da toxunub:
"Qarşıda bizi üç maraqlı oyun gözləyir. Hiss edirəm ki, futbolçular bu oyunları böyük istəklə gözləyirlər. Bəli, oyun tonusu və ritmlə bağlı problemlərimiz var. Futbolçuların meydanda keçirdikləri vaxt azdır. Amma biz bütün bunları böyük istəyimiz və oyuna taktiki hazırlığımızla sığortalamağa çalışacağıq".
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub













