Uşaqlarda nitq gecikməsinin gizli səbəb - Valideynlər diqqətli olsun
Son illər çox önə çıxan problemlərdən biri sensor inteqrasiyanın nitqə təsiridir.
Bəzi uşaqlar toxunuşa, səsə, işığa, hərəki stimullara qarşı ya çox həssas olur, ya da əksinə heç reaksiya vermir.
Bu zaman nə etmək lazımdır? Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, uşaq ətrafdan aldığı məlumatı beynində düzgün birləşdirə bilməyəndə nitqə fokuslanmaq çətinləşir.
"Bu zaman təqlid qabiliyyəti zəifləyir, diqqət müddəti qısalır. Sensor çətinlikləri olan uşaqlar çox qaçır, tez yorulur, bəzən heç göz təması qurmaq istəmir və bu səbəbdən nitq prosesi gecikə bilir.
Belə uşaqlarda toxunma oyunları, qum–su fəaliyyətləri, tarazlıq və hərəkət oyunları, dərin təzyiq məşqləri və motorla nitqin birləşdirildiyi fəaliyyətlər çox faydalıdır. Sensor sistem gücləndikcə uşaq nitq tapşırıqlarını daha rahat qəbul edir, dinləmə müddəti artır və söz öyrənməsi sürətlənir", - deyə mütəxəssis bildirib.
Fatimə Məmmədova əlavə edib ki, ümumilikdə uşağın danışmamasının tək bir səbəbi olmur:
"Bəzən artikulyasiya zəifliyi, bəzən diqqət-yaddaş çətinliyi, bəzən də sensor sistemin həssaslığı nitqə mane olur. Ən doğru yanaşma uşağı bütöv şəkildə qiymətləndirmək, hansı sahədə çətinlik varsa ona uyğun proqram qurmaqdır.
Düzgün seçilmiş loqopedik iş və ardıcıl məşqlər uşağın nitqinin həm aydın, həm də məzmunlu şəkildə formalaşmasına şərait yaradır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Uşağın dil açmasına təsir edən əsas faktorlar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək













