Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb
Far.Az xəbər saytı

Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb


Vyetnamın bir sıra şimal əyalətlərində “Yaqi” supertayfununun səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli “VnExpress” xəbər portalı ölkənin Bəndlərin İdarə Edilməsi və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamentinin məlumatlarına istinadən məlumat yayıb.

Bu gün axşam saatlarına olan məlumata görə, ölkənin şimal bölgəsinin yaşayış məntəqələrində 127 nəfər ölüb, 54 nəfər itkin düşüb, xəsarət alanların ümumi sayı 750 nəfər təşkil edib.

Vyetnamın Baş naziri Fam Min Çin təbii fəlakətdən zərər çəkmiş ərazilərdə normal həyatın qısa zamanda bərpa olunmasını təmin etmək üçün yerli hakimiyyət orqanlarına göstərişlər göndərib.

Qeyd edək ki, “Yaqi” supertayfununun yaratdığı daşqınlar 188 min hektardan çox əkin sahəsinə ziyan vurub, həmçinin 1,1 min baş iribuynuzlu mal-qara və 680 min ev quşu tələf olub.

Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, tayfun son 30 ildə ölkəni cənginə alan ən güclü tayfun olub. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər