İqtisadçı: "Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq"
Far.Az xəbər saytı

İqtisadçı: "Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq"


Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr fonunda ən çox müzakirə edilən mövzulardan biri də "belə fondlar fəaliyyətə başlasa, vətəndaşlar istənilən vaxt pensiyaya çıxa biləcəkmi?" sualı ilə bağlıdır. Maraqlıdır, cəmiyyətdə "özəl pensiya fondları olacaqsa, istənilən vaxt təqaüdə çıxmaq mümkünləşə bilər?

Far.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov konkret.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondlarının fəaliyyət mexanizmi tam olaraq imzalanan müqavilə şərtlərinə əsaslanır.

Ekspertin sözlərinə görə belə fondlarda vətəndaşla fond arasında elə razılaşma və sənədləşmə ola bilər ki, şəxs istədiyi vaxt pensiya ödənişini almağa başlasın:

"Özəl pensiya fondu mahiyyət etibarı ilə bağlanmış müqavilədən və onun şərtlərindən asılıdır. Əlbəttə ki, özəl pensiya fondlarının şərtləri elə ola bilər ki, insan istənilən vaxt pensiyaya çıxar. Amma bu, hazırda gördüyümüz dövlət pensiya fondu deyil. Bu tamam fərqli bir mexanizmdir və bunu nəzərə almaq lazımdır," - deyə Əmirov qeyd edib.

Qeyd edək ki, hazırkı dövlət pensiya sistemi qanunvericiliklə tənzimlənir və pensiyaya çıxma yaşında dəyişiklik yalnız normativ hüquqi aktlarla mümkündür. Özəl pensiya fondları isə fərdi müqavilə əsasında işləyəcəyindən şərtlər daha elastik ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətəndaşlar üçün alternativ kapital: Azərbaycanda yeni pensiya modeli gündəmdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər