Bakı Dövlət Universiteti məşhur şirkətdən bir milyon manatlıq inventar alacaq
Far.Az xəbər saytı

Bakı Dövlət Universiteti məşhur şirkətdən bir milyon manatlıq inventar alacaq


Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materialların satın alınması məqsədilə keçirilən tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, tenderin məbləği 1 milyon 32 min 208.07 manat təşkil edib.

Tender çərçivəsində Bakı Dövlət Universiteti üçün 610 m² asma tavan, 620 m² keramoqranit, 15 ədəd parakontakt, 380 ədəd astar alçı, 120 ədəd üzlük alçı və 10 ədəd 20 kq-lıq mata qarışdırıcı alınacaq.

Qeyd edək ki, dövlət qurumlarının keçirdiyi tenderlərdə tez-tez qalib olan "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC 2015-ci il martın 18-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min 50 manatdır.

Hüquqi ünvanı General Səmədbəy Mehmandarov küçəsi, ev 98, mənzil 47, qanuni təmsilçisi isə Elçin İslam oğlu Əbilovdur.

Oxşar xəbərlər

Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər