Məşhur müğənninin qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş...
Məşhur türkiyəli müğənni "Güllü" kimi tanınan Gül Tutun ölüm işi üzrə aparılan istintaq çərçivəsində yeni həbslər baş verib.
Far.Az xəbər verir ki, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülter və hadisə günü onunla eyni otaqda olduğu deyilən rəfiqəsi Sultan Nur Ulu İstanbul polisi tərəfindən saxlanılıb.
Hər iki şəxsin ölkəni tərk etməyə hazırlaşdığına dair iddialar hüquq-mühafizə orqanlarının diqqətini çəkib və bu səbəbdən onlar nəzarətə götürülüb.
İstintaq məlumatlarında Tuğyan Ülkem Gülterin anasının ölümündə əsas şübhəli kimi qiymətləndirildiyi bildirilir.
Xatırladaq ki, tanınmış müğənni 26 sentyabrda yaşadığı binanın eyvanından yıxılaraq dünyasını dəyişmişdi. Arabesk ifaları ilə məşhurlaşan sənətçi "Her şeyim oldun", "Sabah olmadan", "Bendeki sen" və "Varlığın yeter" kimi mahnıları ilə geniş tanınıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Müğənni Güllünün qatili olduğu deyilən qızı: "Qatil olsaydım məni buraxardılar?"
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













