Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI
Far.Az xəbər saytı

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI


Bəzi insanlar sadə vətəndaş olsalar da, artıq çəkilərinə görə yaddaşlarda qalıblar. Onlar dünyanın ən kök insanlarıdır. Bu şəxslər adətən ciddi piylənmə problemləri ilə qarşılaşıb və bəziləri çəkilərinə görə dünya rekordları qırıb. Bu qədər yüksək çəki ciddi tibbi və psixoloji problemlərlə bağlı olur.

BAKU.WS xarici KİV-ə istinadən həmin artıq çəkili insanların siyahısını təqdim edir:

Con Brouer Minnok (635 kq)

ABŞ-də yaşayan Conun 635 kq çəkisi olub. 1941-ci ildə doğulub. 1978-ci ildə vəfat edib. 1983-cü ildə dünyanın qeydə alınmış ən kök insanı olub. Sağlamlıq problemləri səbəbindən həyatının son illərini yataqda keçirib.

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Xalid İbn Mohsen Şaari (610 kq)

Xalid Səudiyyə Ərəbistanında doğulub. Onun çəkisi 610 kq olub. Gənc yaşında bu çəkiyə çatıb. Daha sonra Səudiyyə kralının təşəbbüsü ilə müalicəyə alındı və 300 kiloqramdan çox arıqlayıb.

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Manuel Uribe (597 kq)

Manuel 1965-ci ildə Meksikada doğulub. Çəkisi 597 kq olub. O 2014-cü ildə vəfat edib. Bir dövr dünyanın ən ağır yaşayan insanı idi. Həyatının son illərində pəhriz və terapiya ilə 181 kq qədər çəki itirib.

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Robert Örl Hyus (486 kq)

ABŞ-də yaşayan Robertin çəkisi 486 kiloqram olub. O 1926-cı ildə doğulub. 1958-ci ildə vəfat edib.

Robert uşaq yaşlarında hormonal xəstəlik səbəbilə sürətlə kökəlib.

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Karol Yaqer (544 kq )

Onun çəkisi 544 kq olub. 1960-1994-cü illərdə yaşayıb. Karol piylənmə ilə bağlı ağır xəstəliklər səbəbindən 34 yaşında vəfat edib.

Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər