Günəşdə dörd partlayış olub
Far.Az xəbər saytı

Günəşdə dörd partlayış olub


Dekabrın 10-a keçən gecə Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan dörd partlayış qeydə alınıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Dekabrın 10-da Moskva vaxtı ilə saat 2:27-də (Bakı vaxtı ilə saat 3:27-də) 4296 (S18W46) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.5 partlayışı baş verib", - deyə məlumatda bildirilib.

Bundan əlavə M sinfindən daha üç partlayış qeydə alınıb. Bəzi partlayışlar ilin ən böyük Günəş ləkəsi kompleksində qeydə alınıb ki, bu da 4294, 4296 və 4298 bölgələrindən ibarətdir.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Oxşar xəbərlər

Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Əhaliyə XƏBƏRDARLIQ - Gecə saatlarında...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"8-ci km" bazarında bu yerin fəaliyyəti dayandırılıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər