Tramp: İran razılaşmadan imtina edərsə, yeni zərbələr mümkündür
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin Vaşinqtonla anlaşmaya gəlməyəcəyi və raket proqramını davam etdirəcəyi halda, ölkəyə qarşı yenidən hərbi əməliyyatların istisna olmadığını bəyan edib.
Far.Az xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O bildirib ki, ABŞ ordusunun İranın Fordo, Natanz və İsfahan kimi strateji nüvə obyektlərinə həyata keçirdiyi zərbələr bölgədə sabitlik yaratmaq üçün həlledici rol oynayıb.
Prezidentin sözlərinə görə, Tehran nüvə proqramını bərpa etməyə cəhd göstərərsə, ABŞ buna dərhal cavab verəcək:
"İran buna yenidən başlamaq istəsə, çox uzun zaman lazım gələcək. Amma əgər onlar bizimlə razılığa gəlmədən bu addımı atmağa çalışsalar, həmin proqramı tamamilə sıradan çıxaracağıq. Onların raketlərini də çox qısa zamanda məhv edə bilərik".
Xatırladaq ki, noyabrın əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində ölkəsinin uranı sülh məqsədilə zənginləşdirməyə davam edəcəyini bildirmişdi. O əlavə etmişdi ki, Tehran raket proqramını danışıqlar mövzusu etməyi düşünmür və hərbi komponentdən imtinanı qeyri-mümkün sayır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madaqaskarda güclü tropik "Fitiya" siklonu tüğyan edir
-
Qərbi Azərbaycan Xronikası: Döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi olub
-
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
-
Balakəndə kişi mesaja görə bacanağını və arvadını bıçaqladı, amnistiyaya düşdü
-
ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər
-
Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb













