Dünyada ən çox kitab oxunan ölkələr açıqlanıb – STATİSTİKA
Dünyada kitab oxuma vərdişləri ilə bağlı yeni statistika açıqlanıb. 2024-cü il üzrə hesablamalar insanların il ərzində kitablara ayırdığı vaxt və oxuduğu kitab sayına əsaslanır.
Far.Az xəbər verir ki, siyahının lideri ABŞ olub. Məlumata görə, amerikalılar il ərzində orta hesabla 357 saat kitab oxuyur. Bu göstərici onların ildə təxminən 17 kitab oxuduğunu göstərir.
İkinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə vətəndaşlar kitab oxumağa ildə təxminən 352 saat vaxt ayırır, bu da 16 kitaba bərabər hesablanır.
İlk beşlikdə həmçinin Böyük Britaniya, Fransa və İtaliya yer alıb. Bu ölkələrdə oxu müddəti müvafiq olaraq 343, 305 və 278 saat olaraq qeydə alınıb.
Digər yüksək göstəricili ölkələr arasında Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə də var.
Araşdırma ən aşağı oxu göstəricilərinin Əfqanıstanda qeydə alındığını göstərib. Bu ölkədə bir nəfər il ərzində cəmi 3 kitab oxuyur.
Statistikaya əsasən, rəqəmsal medianın sürətlə inkişafına baxmayaraq, bir çox ölkələrdə kitab oxuma mədəniyyəti güclü olaraq qalmaqdadır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nurgül Yeşilçay qəribə vərdişləri ilə TƏƏCCÜBLƏNDİRDİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var













