Xalq rəssamı Ömər Eldarov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışdı
Far.Az xəbər saytı

Xalq rəssamı Ömər Eldarov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışdı


Baku TV-nin efirində yayımlanan reportajda ümummilli lider Heydər Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafındakı misilsiz rolundan bəhs edilib.

Reportajda Xalq rəssamı Ömər Eldarovun xatirələri xüsusi diqqət çəkib. O bildirib ki, Heydər Əliyevin mədəniyyət sahəsinə münasibəti son dərəcə məsuliyyətli, prinsipial və tələbkar olub.

Xalq rəssamının sözlərinə görə, Heydər Əliyev ağır xəstə olmasına baxmayaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılmasını həyatının ən vacib məsələlərindən biri hesab edirdi:

"Bu barədə danışmaq çox çətindir. O bilirdi ki, müalicədən qayıtmaya bilər. Buna baxmayaraq, bütün gücünü toplayaraq, Rəssamlıq Akademiyasının açılması üçün zəruri olan hər şeyi etdi. Bütün aidiyyəti qurumları bir araya gətirdi, hər kəsi səfərbər etdi. Kim maliyyə ayırmalı idi, kim Akademiyanın yerini müəyyənləşdirməli idi - hər kəsə konkret tapşırıqlar verdi. Məqsədi o idi ki, iş yarımçıq qalmasın".

Ömər Eldarov həmçinin qeyd edib ki, Heydər Əliyev öz heykəlinin ucaldılmasına qəti şəkildə qarşı çıxır və bu mövzuda səslənən fikirlərə sərt reaksiya verirdi:

"Belə söhbətlər olanda "bu nədir, boş-boş işlərlə məşğul olursunuz", - deyə əsəbiləşirdi. Halbuki onun heykəlini yaratmaq istəyən sənətkarlar kifayət qədər çox idilər".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər